Milli komandanın futbolçularına mükafatın məbləği açıqlandı

Cənubi Koreya millisinin üzvlərinə mükafatların məbləği açıqlanıb.

Sportline.az sport-express.ru-ya istinadən xəbər verir ki, Cənubi Koreya Futbol Federasiyası, dünya çempionatına vəsiqə qazanan milliyə 2,24 milyon ABŞ dolları məbləğində vəsait ayırıb. Bu məbləğdən təsnifat mərhələsində milliyə dəvət olunan hər bir futbolçuya pay çatacaq.

Qeyd edək ki, Cənubi Koreya komandası F qrupunda, Almaniya, İsveç və Meksika milliləri ilə mübarizə aparacaq.