Millimiz FİFA reytinqində irəliləyib

Azərbaycan milli komandası FIFA reytinqində ötən ayla müqayisədə 6 pillə irəliləyib.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, seçmə 114-cü yerdə qərarlaşıb.

Komandamızın aktivində 1174.22 xal var. Milli AVRO-2024-ün son matçlarında İsveçə Bakıda 3:0 hesabı ilə qalib gəlib, səfərdə Belçikaya yenilib - 0:5.

Argentina millisi (1855,20) liderliyini qoruyub. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) isə üçüncüdür

İlk beşlikdə Belçika (1798,46) və Braziliya (1784,09) qərarlaşıb.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb.

Milli onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.