Millimiz FİFA reytinqində irəliləyib

FİFA 2024-cü ilin fevral ayı üçün reytinq cədvəlini açıqlayıb.

Sportline.az FİFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan millisi 1 pillə irəlliyərək 113-cü sıraya yüksəlib.

UEFA Millətlər Liqasında rəqiblərimizdən İsveç 26-cı, Slovakiya 48-ci, Estoniya 123-cü pillədə qərarlaşıb.

Siyahının ilk 10-luğunda vəziyyət belədir:

1. Argentina
2. Fransa
3. İngiltərə
4. Belçika
5. Braziliya
6. Hollandiya
7. Portuqaliya
8. İspaniya
9. İtaliya
10. Xorvatiya