"Mourinyo məşqçi kimi tükənib"

İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, "Roma"nın keçmiş hücumçusu Joze Mourinyonu kəskin tənqid edib.

"Mourinyo tükənmiş məşqçidir. O, daha hansısa komandanı çalışdırmaq iqtidarında deyil. O, yenə də 10 bundan əvvəl etdiklərini təkrarlayır. De Rossi isə "Roma"ya yenidən özgüvən gətirdi", - deyə Kassano "Goal"a fikrini açıqlayıb.

Qeyd edək ki, Joze Mourinyo bu ilin yanvarında "Roma"dan ayrılıb. 

Paytaxt komandası onun rəhbərliyi ilə 2022-ci ildə Konfrans Liqasının qalibi olmuşdu.