Murad Musayev yeni klubu ilə müqavilə bağladı

"Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin iş yeri rəsmiləşib.

Sportline.az xəbər verir ki, 40 yaşlı mütəxəssis "Krasnodar"la müqavilə imzalayıb. 

Vladimir İviçi əvəzləyən Musayev sabiq komandası ilə mövsümün sonuna qədər anlaşıb.

Qeyd edək ki, "Sabah"ın keçmiş baş məşqçisi 2018-2021-ci illərdə "Krasnodar"ı çalışdırıb.