"Napoli" gürcüstanlı futbolçunu klubda saxlamaq istəyir

"Napoli" gürcüstanlı futbolçunu klubda saxlamaq istəyir.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İtaliya klubu Xviça Kvaratxeliyaya yeni müqavilə təklif edəcək. 

Gürcüstanlı futbolçu da "Napoli"də xoşbəxt olduğu üçün təklifi qəbul edəcəyini deyib. 

Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm "Napoli" forması ilə çıxdığı 38 oyunda 10 qol, 6 asistlə yadda qalıb.