Nazarov fərqləndi, komandası məğlub oldu

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Ertsqebirge Aue” II Bundesliqada növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, “Ertsqebirge Aue” "Dinamo" (Drezden) ilə üz-üzə gəlib. Səfər görüşü Aue təmsilçisi üçün uğursuz nəticələnib - 1:4.

90 dəqiqə meydanda olan D.Nazarov 60-cı dəqiqə penaltidən komandasının təsəlli qoluna imza atıb.

Qeyd edək ki, “Ertsqebirge Aue” 18 turdan sonra turnir cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb.