NBA-da ən çox inkşafa nail olan basketbolçuların siyahısı açıqlanıb

Türkiyəli basketbolçu Alperen Şengün NBA-da ən proqresiv basketbolçuların siyahısının üst pillələrində qərarlaşıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Milli Basketbol Assosiasiyasının mətbuat xidməti 2023/2024 mövsümünün yekunlarına əsasən “ən çox inkşafa nail olan oyunçu" mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb.

Siyahının ilk pilləsində “Filadelfiya”nın ulduz basketbolçusu Tayris Maksi qərarlaşıb.

Qeyd edək ki, siyahının ilk beşliyinə “Çikaqo Bulls”dan Kobi Uayt (305 xal), “Hyuston Rokets”dən Alperen Şengün (92 xal),

“Oklohoma”nın hücumçusu Ceylon Uilliams (79 xal) və “Nyu-York Niks”in oyun qurucusu Jeylon Branson (25 xal) daxil olub.