Ndlovuya Çin klubundan təklif

"Qarabağ"ın hücumçusu Dino Ndlovu karyerasını Çində davam etdirə bilər. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, "Hanqjou Qrintaun" komandası Cənubi Afrika Respublikasından olan futbolçunun xidmətində maraqlıdır.

Goal.com-un əldə etdiyi məlumata əsasən Çin təmsilçisi "Qarabağ"la danışıqlara başlamaq ərəfəsindədir. Futbolçunun transferində iddialı olan klub "köhlən atlar"ı razı salmaq üçün əlindən gələni edəcək.

Rumıniya klubu “ÇFR Kluj”un da gündəmində olan hücumçunun “Qarabağ”la müqavilə müddəti yayda bitir. 

Qeyd edək ki, "Qarabağ" D.Ndlovunu Kiprin "Anortosis" klubundan transfer edib.