"Neftçi" müdafiəçisi ilə müqaviləni yenilədi

"Neftçi" klubu müdafiəçisi Ömər Buludovla gələn il mayın 31-də bitməli olan müqavilənin müddətini artırıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  yeni sözləşməyə əsasən, 19 yaşlı müdafiəçi 2021-ci il mayın 31-dək "ağ-qaralar"ın formasını geyinəcək.