"Neftçi" "Qəbələ" ilə görüşə hazırlaşır

"Neftçi” komandası Topaz Premyer Liqasının II turunda "Qəbələ” ilə keçirəcəyi oyunun hazırlığını gündə bir məşqlə davam etdirir.

SportLine.az xəbər verir ki, "ağ-qaralar" bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Hazırlıq prosesində zədəli Ruslan Abışov, Rəşad Eyubov və Soni Mustivardan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Qeyd edək ki, avqustun 19-da "Dalğa Arena”da keçirəcək oyun saat 18:30-da başlanacaq.