"Neftçi" daha bir futbolçunun keçidini rəsmiləşdirdi

"Neftçi” klubu daha bir futbolçu ilə müqavilə bağlayıb.

SportLine.az xəbər verir ki, paytaxt təmsilçisi Rəşad Eyubovu heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. O, 4 nömrəli formanı geyinəcək.

Eyubov ötən mövsümü "Sumqayıt” klubunun heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın "Çernomorets” və "Metallurq” klubları ilə yanaşı, Azərbaycanın "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz” və "Qəbələ” komandalarında da çıxış edib.

Qeyd edək ki, "Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov və braziliyalı hücumçu Dario Frederiko ilə münasibətlərini rəsmiləşdirib.

"Neftçi" PFK-nın məlumatı