Neymar Qrizmann və Azarla bir komandada oynamaq istəyir

"Qrizmann və Azarla biryerdə "Real"da oynamaq istərdim". SportLine.az "Dario Gol"a istinadən xəbər verir ki, bu sözləri PSJ-nin futbolçusu Neymar deyib.

Karyerasını Madriddə davam etdirə biləcəyini deyən braziliyalı ulduz "kral klubu"nun transfer siyasətinə münasibət bildirib. Yay transfer pəncərəsində İspaniyaya qayıtmaq ehtimalının olduğunu deyən Neymar, "Real"ın bir neçə futbolçu ilə maraqlandığından xəbərdaram. Qrizmann və Azar əla seçimdir. Onlarla bir komandada olmaq istərdim. Amma Harri Keyn və Mauro İkardi ilə oyunum alınmaz", - bildirib.

Qeyd edək ki, H.Keyn və M.İkardi də "Real"ın maraqlandığı futbolçular sırasındadır.