Növbəti tur ərəfəsində "Kəpəz"də itkilər

Topaz Premyer Liqanın 13-cü turunda "Qəbələ" ilə qarşılaşacaq "Kəpəz" bu oyuna itkilərlə hazırlaşır.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, komandanın heyətində zədəlilər var. "Səbail" ilə matçda dizi burxulan Viktor Oseqeyl məşqlərdə iştirak etmir. Məhəmməd Qurbanovun da ayağında ağrılar var. Oseqeyldən fərqli hazırlıq prosesinə qatılan yarımmüdafiəçi köhnə zədəsini yeniləyib.

Soyuqdəymə səbəbindən ötən turu buraxan Ceyhun Cavadov isə məşqlərə başlayıb.

Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" görüşü noyabrın 25-i saat 14:30-da başlayacaq.