Olimpiya çempionu: "Bakıda olmaqdan qürur duyuram"

"Cüdonun Azərbaycanda sevilən idman növlərindən olduğunu bilirəm. Ona görə də burada olmaqdan böyük qürur duyuram".

Bunu Sportline.az-a açıqlamasında Beynəlxalq Cüdo Federasiyasının eksperti Culiya Kintavalle deyib.

Beynəlxalq Cüdo Federasiyası Akademiyasının Bakıda təşkil olunan növbəti məşqçilik sertifikatı proqramında ekspert kimi iştirak edən Olimpiya çempionu bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.

"Həm ötən il, həm də bu il məşqçilər və hakimlər bu proqrama böyük həvəslə qatılıblar. Hiss olunur ki, daha çox biliyə yiyələnmək həvəsindədirlər. Bu isə, qarşıya qoyulan məqsədlərə çatmaq üçün əhəmiyyətlidir", - deyə Culiya Kintavalle bildirib.

Qeyd edək ki, italiyalı idmançı 2018-ci il Pekin olimpiadasının qalibidir.