Ölkə çempionunda yeni müqavilələr

İtaliya çempionu "İnter" heyəti qorumaq niyyətindədir.

Sportline.az xəbər verir ki, milanlılar aparıcı oyunçularla müqavilələri yeniləməyə hazırlaşırlar.

Bu haqda klubun idman direktoru Pyero Ausilio məlumat verib.

Tanınmış jurnalist Fabrisio Romanonun X sosial şəbəkəsində paylaşdığı məlumata görə, Milan təmsilçisi Lautaro Martineslə Nikolo Barellanın 2026-cı ilədək nəzərdə tutulan müqaviləsinin müddətini uzatmaq qərarı verib.

Qeyd edək ki, Lautaro bu mövsüm meydana çıxdığı 40 oyunda 26 qola imza atıb.

Barella isə 43 görüşdə iki qol və yeddi asistlə yadda qalıb.