Ozan Can Kökcü "Girəsunspor"da

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün yeni klubu müəyyənləşib.

SportLineaz xəbər verir ki, "Bursaspor"dan ayrılan futbolçu Türkiyə I Liqasında çıxış edən "Girəsunspor"la razılığa gəlib. Ozan Can Kökcü qarşıdakı üç mövsümdə "Girəsunspor"un şərəfini qoruyacaq.

Qeyd edək ki, Ozan Can Kökcü ötən mövsümün ikinci yarısını icarə əsasında Hollandiyanın "Valveyk” klubunda keçirib.