“Panatinaikos”dan gözlənilməz məğlubiyyət, “Real Madrid” etimadı doğruldub

Basketbol üzrə Avroliqada pley-off oyunları ötən gecə keçirilən 2 matçla start götürüb.

Sportline.az xəbər verir ki, seriyanın ilk görüşündə “Panatinaikos” favorit qismində çıxdığı görüşdə “Makkabi Tel Əviv”ə məğlub olub - 87:91.

Günün digər oyununda isə “Real Madrid” “Baskoniya” üzərində inamlı qələbə qazanıb - 90:74.

Qeyd edək ki, Afinada keçirilən görüşün ən məhsudlar oyunçusu 22 xal, 6 ribaund, 1 asistlə “Panatinaikos”dan Matias Lessort olub.

“Real Madrid” – “Baskoniya” matçının ən yaxşısı isə 16 xal, 3 ribaund, 3 asistlə meydan sahiblərindən Canan Musa olub.