"Qalatasaray" mərakeşli futbolçuya şans verəcək

"Qalatasaray" klubu mərakeşli futbolçuya son dəfə şans verəcək.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılar" Hakim Ziyeşə "Fənərbağça" ilə görüşdə son dəfə şans verəcəklərini bildiriblər.

Belə ki, Hakim Ziyeş mövsüm sonunadək performansını qaytara bilməsə klub futbolçu ilə yolları ayırmaq istəyir.

Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanı klubları Hakim Ziyeşin transferində maraqlıdırlar.