“Qalatasaray” Abdülkerim Bardakçı ilə bağlı yekun qərarını verib

"Qalatasaray" klubu Abdülkerim Bardakçı ilə yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, "sarı-qırmızılar" təcrübəli müdafiəçini komandanın 4-cü kapitanı olaraq təyin ediblər.

Əlavə olaraq Abdülkerim Bardakçının müqavilə müddəti 2 illik uzadılıb.

Qeyd edək ki, Abdülkerim Bardakçı mövsüm sonunda gələn təklifləri qəbul etməyəcəyini bildirib.