"Qalatasaray" və "Kayserispor" 1/4 finalda

Türkiyə kubokunda 1/4 finalın son iştirakçıları müəyyənləşib. 

SportLine.az xəbər verir ki, 1/8 finalın son oyun günündə daha iki vəsiqə sahibini tapıb. Səfərdə qələbə qazanan "Qalatasaray" və "Kayserispor" adını növbəti mərhələyə yazdırıb.

“Antalyaspor” - “Kayserispor” 0:2
Qollar: 
Villiam, 30, Boldrin, 80
İlk oyun - 1:3

“Bucaspor” - “Qalatasaray” 0:3
Qollar:
 Qomis, 33, Öztekin, 44, Fequli, 53
İlk oyun - 0:3

Qeyd edək ki, “Konyaspor”, “Giresuspor”, “Gənclərbirliyi”, “Fənərbaxça”, “Beşiktaş” və “Akhisar Belediyyespor” da 1/4 finalın iştirakçıları sırasındadır.