"Qalatasaray" zirvədə

Türkiyə Super Liqasında 21-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.

"Qalatasaray" doğma meydanda "Antalyaspor"u qəbul edib. Qarşılaşma İstanbul klubunun qələbəsi ilə yekunlaşıb.

"Qalatasaray" - "Antalyaspor" - 3:0
Qollar
: Bafetimbi Qomis, 14, 20, Sofian Fequli, 38

Bu nəticə ilə "Qalatasaray" turnir cədvəlində zirvəyə yüksəlib.

Standings provided by Sofascore LiveScore