"Qalatasaray"ın qapıçısına maraqlı təklif

Mövsümün sonunda “Qalatasaray’la müqaviləsi bitəcək Fernando Musleraya surpriz təklif gəlib.

Sportline.az Takvim nəşrinə istinadla xəbər verir ki, Seria B-də mübarizə aparan “Parma” klubu yüksək liqaya yüksələcəyi təqdirdə Uruqvaylı qapıçını heyətinə qatmaq istəyir.

Xəbərdə İtaliya klubunun 37 yaşlı qapıçının meneceri ilə görüşdüyü və transfer şərtlərinin danışıldığı bildirilir.

”Parma” Musleraya 2 illik müqavilə təklif etməyi planlaşdırır.

Qeyd edək ki, 2011-ci ildə “Latsio”dan “Qalatasaray”a transfer olunan Muslera 13 ildir ki Türkiyə nəhənginin şərəfini qoruyur.