"Qarabağ" - "Arsenal" matçına bu qədər bilet satılıb

Avropa Liqasının "Qarabağ”  - ”Arsenal” görüşünə satılan bilet sayı açıqlanıb. 

Sportline.az Ağdam klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq 20 min bilet sahibini tapıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Biletləri "Qarabağ” fan-şopunda ("Park Bulvar"), "İticket” kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 4-də keçiriləcək "Qarabağ” - ”Arsenal” matçı saat 20:55-də başlanacaq.