"Qarabağ" Billiatı transfer edir?

Qış transfer pəncərəsində adı "Qarabağ"la hallanan Xama Billiat yenidən Ağdam klubunun gündəmindədir. 

SportLine.az "Soccerladuma"ya istinadən xəbər verir ki, "köhlən atlar" zimbabveli futbolçu ilə maraqlanmağa başlayıblar. "Qarabağ"ın 27 yaşlı hücumçunu mövsümün sonunda transfer etmək istədiyi bildirilib.

Qeyd edək ki, X.Billiatın "Mamelodu Sandaunz"la müqaviləsi bu mövsümün sonu başa çatır.