"Qarabağ" "Real Sosyedad"ı arxada qoyub "Feyenoord"a şərik oldu

Azərbaycan çempionu "Qarabağ"ın "Atletiko" ilə görüşdə əldə etdiyi xal onun UEFA klub reytinqinə də təsir göstərib. SportLine.az xəbər verir ki, hesabındakı xalların sayını 19,500-ə çatdıran Ağdam təmsilçisi, 66-cı pilləyə şərik olub. Qurban Qurbanovun komandası "Feyenoord"la eyni göstəriciyə malikdir. 

"Köhlən atlar" bununla "Real Sosyedad", "Selta" və BATE-ni üstələməyi bacarıb.