"Qarabağ" Lissabondan xalsız dönür

Azərbaycan çempionu "Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.

SportLineaz xəbər verir ki, Ağdam təmsilçisi ilk tur çərçivəsində Lissabona səfər edib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda "Joze Alvelade" stadionunda "Sportinq"lə münasibətləri aydınlaşdıracaq.

"Köhlən atlar" çətin sınaqda azarkeşlərini sevindirmək, "Sportinq" isə favorit statusunu təstiqləmək üçün meydana çıxacaq.

Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü Fransadan olan hakimlər briqadası idarə edəcək.

Qrupun digər görüşündə "Arsenal" "Vorskla" ilə üz-üzə gələcək.


20 sentyabr 2018
Avropa Liqası
1-ci tur

"Sportinq" - "Qarabağ" - 2:0
QOLLAR:
Rafinya, 54 (1:0); Covane Kabral, 88 (2:0)

CƏZALANDIRMALAR: 
SARI VƏRƏQƏ | Mahir Mədətov, 33 ("Qarabağ")

ƏVƏZETMƏLƏR: 
Coşqun Diniyev
↔ Miçel, 58 ("Qarabağ")
Maksim Medvedev (zədə) 
↔ Abbas Hüseynov, 62 ("Qarabağ")
Abdullah Zubir
↔ Araz Abdullayev, 68 ("Qarabağ")
Jeremi Matyö (zədə) 
↔ Andre Pinto, 76 ("Sportinq")
Nani 
↔ Covane Kabral, 86 ("Sportinq")
Montero 
↔ Diabi, 90+1 ("Sportinq")

Baş hakim:
 Fransua Lötexye (Fransa)

"Sportinq": Salin (Q), Koates, Bruno Fernandes, Akunya, Montero, Ristovski, Battaqlia, Nani (K), Rafinya, Matyö, Qudelj

Ehtiyat oyunçular: Ribeyro (Q), Andre Pinto, Karlos Mane, Diabi, Petroviç, Qaspar, Covane Kabral

Baş məşqçi: Xose Peseyro

"Qarabağ": Vaqner (Q), Qara Qarayev, Maksim Medvedev (K), İnnosent Emeqara, Mahir Mədətov, Zubir, Filip Ozobiç, Jezniçak, Bədavi Hüseynov, Donald Gerrye,  Coşqun Diniyev

Ehtiyat oyunçu: Halldorsson (Q), Rahil Məmmədov, Miçel, Araz Abdullayev, Aqolli, Con Delarj, Abbas Hüseynov

Baş məşqçi: Qurban Qurbanov


"Arsenal" - "Vorskla" - 4:2
QOLLAR:
Obameyanq, 32 (1:0); Danni Uelbek, 48 (2:0); Obameyanq, 56 (3:0); Özil, 74 (4:0); Çesnakov, 77 (4:1); Şarpar, 90+4 (4:2)

Baş hakim: Bart Fertenten (Belçika)

Standings provided by Sofascore LiveScore