"Qarabağ" və "Kür" zirvəni qoruyur

Kişi və qadın həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir.

Sportline.az xəbər verir ki, həftəsonu hər iki yarışda IX turun oyunları keçirilib. Qadınların çempionatında tura “Azəryol – “Bakı” matçı ilə start verilib. “AHF Arena”ya nominal ev sahibi qismində çıxan “Azəryol” favorit statusunu inamlı qələbə ilə təsdiqləyib – 44:10. “Qarabağ” - “İdman Akademiyası” görüşündə də böyük hesablı qələbə qeydə alınıb. Rəqibi əksər göstəricilərdə üstələyən “”Qarabağ” meydançadan 40:17 hesablı qələbə ilə ayrılıb. Mingəçevirin “Kür” komandası isə “Gənclər Birliyi” ilə oyunda pərəstişkarlarını sevindirib – 53:12. “Qarabağ” 16 xalla çempionatın lideridir. “Azəryol” ondan bir xal geri qalır. “Kür”ün 13, “İdman Akademiyası”nın 6, “Bakı”nın 4 xalı var. “Gənclər Birliyi” hələ də xal üzünə həsrətdir.

Kişilərin yarışında da bu tur gözlənilməz nəticə qeydə alınmayıb. “İdman Akademiyası” – “Qarabağ” görüşündə ehtimal olunduğu kimi ikincilər etimadı doğruldublar – 16:36, “Bakı” “Təhsil” komandasını böyük hesablı məğlubiyyətə uğradıb -  40:23.  “Kür” – “Dinamo” matçı isə Mingəçevir həndbolçularının 57:17 hesablə qələbəsi ilə nəticələnib.

“Kür” 16 xalla yarış cədvəlinə başçılıq edir. “Azəryol”, “Bakı” və “Qarabağ”ın hərəyə 10 xalı var. “Dinamo” ilə “İdman Akademiyası” hələ ki 3 xalla kifayətlənir. Sonuncu yerdəki “Təhsil”in aktivində isə 2 xal var.

Kişi və qadın həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir. Həftəsonu hər iki yarışda IX turun oyunları keçirilib. Qadınların çempionatında tura “Azəryol – “Bakı” matçı ilə start verilib. “AHF Arena”ya nominal ev sahibi qismində çıxan “Azəryol” favorit statusunu inamlı qələbə ilə təsdiqləyib – 44:10. “Qarabağ” - “İdman Akademiyası” görüşündə də böyük hesablı qələbə qeydə alınıb. Rəqibi əksər göstəricilərdə üstələyən “”Qarabağ” meydançadan 40:17 hesablı qələbə ilə ayrılıb. Mingəçevirin “Kür” komandası isə “Gənclər Birliyi” ilə oyunda pərəstişkarlarını sevindirib – 53:12. “Qarabağ” 16 xalla çempionatın lideridir. “Azəryol” ondan bir xal geri qalır. “Kür”ün 13, “İdman Akademiyası”nın 6, “Bakı”nın 4 xalı var. “Gənclər Birliyi” hələ də xal üzünə həsrətdir.