"Qarabağ"ın "Bayer"lə oyununun biletləri satışa çıxarılır

"Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"lə səfər matçının biletləri satışa çıxarılır.

Sportline.az xəbər verir ki, biletlər sabah "Bay Arena"da yerləşən fan-şopda və onlayn qaydada satılacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hələlik yalnız klub üzvləri və abunəçilər bilet əldə edə biləcək.

Qeyd edək ki, "Bayer" - "Qarabağ" qarşılaşması 14 mart tarixində baş tutacaq. Komandalar arasında ilk oyun isə martın 7-də Bakıda keçiriləcək.