"Qarabağ"ın futbolçusu milliyə dəvət olundu

UEFA Millətlər Liqasında çıxış edəcək Bolqarıstan seçməsinin heyəti müəyyənləşib. SportLine.az xəbər verir ki, Sloveniya və Norveçə qarşı keçiriləcək görüşlər üçün heyətə "Qarabağ"ın futbolçusu Simeon Slavçev də dəvət edilib.

Qeyd edək ki, Bolqarıstan sentyabrın 6-ı səfərdə Sloveniya ilə qarşılaşacaq, sentyabrın 9-u isə Norveçi qəbul edəcək.