"Qarabağ"ın oyunçusu millidə növbəti matçına çıxdı

"Qarabağ"ın futbolçusu Simeon Slavçev Bolqarıstan seçməsində növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, onun komandası UEFA Millətlər Liqası çərçivəsində səfərdə Kiprlə qarşılaşıb.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

S.Slavçev meydana start heyətində daxil olub və 82-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, son tur ərəfəsində Bolqarıstan millisi Norveçlə eyni xala sahibdir.