"Qarabağ"ın qış hazırlıq planı

"Qarabağ” futbol klubunun qış hazırlıq proqramı müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu barədə "Report”a Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimov bildirib. O, deyib ki, istirahətdən sonra Bakıda bir araya gələcək komanda yanvarın 6-da Türkiyənin Antalya bölkəsinə yollanacaq. Belekdə məskunlaşacaq "Qarabağ” yanvarın 27-də vətənə dönəcək.

Baş məşqçi Qurban Qurbanov təlim-məşq toplanışı çərçivəsində kollektivi 5 yoxlama matçında sınamağı planlaşdırır.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən digər 7 komanda da qış fasiləsində Antalyaya yollanacaq.