"Qarabağ"ın rəqibi məğlub oldu

UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Sportinq" Portuqaliya Premyer Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Braqa" kollektivi olub.

Görüşün taleyini bir qol həll edib. Dyeqo Sousa "Braqa"ya qələbə qazandırıb.

Bu nəticədən sonra "Sportinq" 5-ci, "Braqa" 2-ci pillədə qərarlaşıb.