"Qarabağ"ın rəqibi xal itirdi

UEFA Çempionlar Liqasında "Qarabağ"la qarşılaşacaq "Şerif" Moldova çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, Tiraspol təmsilçisi 3-cü tur çərçivəsində "Zimbru" ilə qarşılaşıb. 

Matçda qalib müəyyənləşməyib - 2:2.

Qeyd edək ki, 3 oyundan sonra aktivində 5 xal olan “Şerif” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.