"Qarabağ"ın rəqibinin Bakıya səfər planı

“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Olimpiya”nın cavab matçı üçün Bakıya səfər proqramı açıqlanıb.
Sportline.az xəbər verir ki, Lyublyana futbolçuları oyundan 1 gün əvvəl – iyulun 17-də paytaxtımıza gələcəklər. 
 
Komanda Sloveniya paytaxtından Bakıya çarter reysi ilə gələcək. “Olimpiya”nı gətirən təyyarənin Bakı vaxtı ilə saat 18:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcəyi gözlənilir. Komandanın məşqi isə 22:00-a nəzərdə tutulub.

Qeyd edək ki, “Qarabağ” – “Olimpiya” matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 21:00-da başalanacaq. Komandalar arasında ilk oyun isə iyulun 11-də Lyüblyanada olacaq.