"Qəbələ" Cavid Hüseynovu cəzalandıracaq

"Qəbələ" Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Zirə"yə qarşı keçirilən oyunda yaşananlara görə iki oyunçusunu cəzalandıracaq. 

SportLine.az xəbər verir ki, rəqib futbolçularla insidentdə iştirak etdiyinə görə AFFA tərəfindən iki oyunluq kənarlaşdırılan kapitan Cavid Hüseynov və müdafiəçi Qismət Alıyevə klunun daxili nizam-intizam qaydalarını pozması səbəbilə "Qəbələ" İdman Klubu tərəfindən də cəza tətbiq olunacaq.

Qeyd edək ki, AFFA İntizam Komitəsi hər iki futbolçuya aqressiv hərəkətləri üzündən 2 oyunluq cəza, "Qəbələ"yə isə 3200 manat cərimə tətbiq edib. Eyni cəza "Zirə"yə və futbolçuları Riçard Qadze ilə Sadio Tounkaraya şamil olunub.