"Qəbələ"nin futbolçusu oynadı, Toqo millisi heç-heçə etdi

"Qəbələ"nin futbolçusu Lalavele Atakoranın şərəfini qoruduğu Toqo millisi Afrika Millətlər Kubokunun təsnifat mərhələsində növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Qambiya seçməsi olub.

Görüşdə qalib müəyyənləşməyib - 1:1.

L.Atakora meydana start heyətində daxil olub və 58-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, üç oyundan sonra hesabında 2 xal olan Atakoranın komandası 4-cü pillədə qərarlaşıb.