Qrizmann karyerası ilə bağlı qərarını açıqladı

Antuan Qrizmann karyerası ilə bağlı qərarını açıqlayıb. SportLine.az xəbər verir ki, futbolçu "Atletiko"da qalmaq barədə qərar qəbul edib. 

Fransalı hücumçu bu barədə "Twitter" hesabında məlumat paylaşıb. O, "Mənim azarkeşlərim, mənim komandam, mənim evim!" başlıqlı paylaşım edib. 

Qeyd edək ki, A.Qrizmannın "Barselona"ya transferi gündəmdə idi.