Qurban Qurbanov mətbuat konfransı keçirəcək

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sı ilə qarşılaşacaq “Qarabağ”ın, ilk oyundan öncə keçiriləcək son məşqinin və mətbuat konfransının vaxtı açıqlanıb. 

Sportline.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, iyulun 10-da baş məşqçi Qurban Qurbanov Bakı vaxtıyla saat 20:15-də media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi “Stojitse” stadionuna təyin edilib. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, sözügedən oyun iyulun 11-də, Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.