Qurban Qurbanov Türkiyə nəhənginin hədəfində

“Beşiktaş” klubu “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovu baş məşqçi postuna dəvət etmək niyyətindədir.

Sportline.az “Fotospor”a istinadla xəbər verir ki, bu təklifi İstanbul klubunun idman direktoru Samet Aybaba irəli sürüb.

Onun fikrincə, Fernando Santosdan sonra bu postu məhz Qurbanov tutmalıdır.

"Beşiktaş"ın həmçinin Juninyo və Abdellah Zubirlə də maraqlandığı bildirilir.

Qeyd edək ki, İstanbul klubu Superliqanın 30-cu turundan sonra lider "Qalatasaray"dan 35 xal geri qalaraq 4-cü pillədə qərarlaşıb.