Quti "Beşiktaş"a qayıdır

Bir vaxtlar "Beşiktaş"da çıxış edən ispaniyalı futbolçu Quti Hernandez İstanbul klubundan yeni təklif alıb. SportLine.az NTVSpor-a istinadən xəbər verir ki, ona baş məşqçi Şenol Güneşin köməkçisi olmaq təklif edilib.

Qeyd edək ki, Quti 2012-ci ildə, 35 yaşında futbolçu karyerasını bitirib. Ardınca məşqçi kimi "Real"ın aşağı yaş qruplarında çalışıb. Ötən mövsüm isə, o, Madrid təmsilçisinin 19 yaşlılardan ibarət komandasına rəhbərlik edib.