Rafael Ağayev "bürünc" qazandı

Azərbaycan milli komandasın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğuruna imza atıb.

SportLine.az xəbər verir ki, 5 qat dünya, 10 qat Avropa çempionu Hollandiyada təşkil olunan Karate1 Premyer Liqa turnirində fərqlənib. 75 kq çəki dərəcəsində çıxış edən Ağayev Rotterdamdakı yarışı fəxri kürsüdə başa vurub.

O, 74 ölkədən 683 idmançının çıxış etdiyi nüfuzlu turnirin bürünc mükafatını qazanıb.

"Qəbələ" İK-nun məlumatı