Rafael Ağayev növbəti uğurun astanasında

12 qat Avropa və 4 dəfə dünya çempionu Rafael Ağayev növbəti dəfə qitə çempionatının finalına çıxıb. SportLine.az xəbər verir ki, Andorra (5:0), Avstriya (4:0), Macarıstan (1:0) və Fransa (6:0) idmançılarını bir xal vermədən məğlub edən R. Ağayev mayın 7-də finalda türkiyəli idmançı Ərman Əltəmurla qarşılşacaq. Həmin gün milli komandamızın üzvlərindən Niyazi Əliyev (-67 kq), İrina Zaretska (-68 kq) və Roman Heydərov (kata) bürünc medal qazanmaq üçün tatmidə həlledici görüşə çıxacaqlar. 

Bu gün Avropa çempionatının komanda yarışları başlanıb. Niyazi Əliyev, Rafael Ağayev, Ayxan Mamayev, Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov ilə Orxan Heydərlidən ibarət milli komandamızın ilk rəqibi karateçilərimizin ilk rəqibi Portuqaliya və Rusiya görüşünün qalibi olacaq. Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretskadan ibarət qadın komandamız isə əvvəlcə Portuqaliya karateçiləri ilə görüşəcək. Medallar uğrunda həlledici döyüşlər 8 mayda keçiriləcək.