Rafael Ağayevdən 11-ci çempionluq

Azərbaycan karateçisi Rafael Ağayev 11-ci dəfə Avropa çempionu olub.

SportLine.az xəbər verir ki, 33 yaşlı idmançı Serbiyanın Novi Sad şəhərində keçirilən qitə çempionatında qızıl medal qazanıb.

Ağayev beşqat dünya çempionu və "Bakı 2015” I Avropa Oyunlarının qalibidir.

Qeyd edək ki, qitə birinciliyində Azərbaycanı təmsil edən İrina Zaretska gümüş, Şahin Atamov isə bürünc medal əldə edib.