Ramil Şeydayev debütə hazırdır

Azərbaycan millisinin üzvü Ramil Şeydayev bu gün "Jilina"nın heyətində debüt edə bilər. SportLine.az xəbər verir ki, futbolçunun “Zlate Moravçe” ilə görüşdə meydana çıxmaq ehtimalı böyükdür. 

Komandanın baş məşqçisi Adrian Qula da R.Şeydayevin oyuna tam hazır olduğunu bildirib: "Bütün hüquqi məsələlər qaydasına qoyulub. Ramilin meydana çıxmasına heç nə mane ola bilməz". 

“Jilina” – “Zlate Moravçe” görüşü bu gün saat 20:30-da start götürəcək.

Qeyd edək ki, Slovakiyanın yüksək dəstəsi hesab olunan Fortuna Liqasında mübarizə aparan “Jilina” 18 oyundan sonra 44 xalla turnir cədvəlində liderlik edir.