Ramil Şeydayev rəsmən "Krılya Sovetov"da

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin "Krılya Sovetov"a keçidi rəsmiləşib. SportLine.az xəbər verir ki, bu barədə Samara təmsilçisinin rəsmi "Twitter" hesabında məlumat verilib.

Xəbərdə 22 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalandığı bildirilib. R.Şeydayev yeni komandasında "11" nömrəli formanı geyinəcək.

Xatırladaq ki, R.Şeydayev bu ay "Trabzonspor"la yolları ayırıb. Millimizin üzvü ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.

Qeyd edək ki, "Krılya Sovetov" Rusiya Premyer Liqasında 4 xalla 9-cu pillədə qərarlaşıb.