Ramil Şeydayev Rusiya klubunda

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin yeni klubu müəyyənləşmək üzrədir. SportLine.az xəbər verir ki, futbolçu Rusiya Premyer Liqasında çıxış edən "Krlya Sovetov" klubu ilə razılıq əldə edib. Bu barədə Samara təmsilçisinin rəsmi "Twitter" hesabı məlumat yayıb.

Xəbərə görə, futbolçu "Krılya Sovetov"un düşərgəsindədir. Ramil əsas komanda ilə birlikdə gənclər komandasına qarşı yoxlama görüşündə də iştirak edib. O, 3:1 hesabı ilə qalib gəldikləri matçda qollardan birinin müəllifi olub.

Qeyd edək ki, R.Şeydayev bu ay "Trabzonspor"dan ayrılıb. O, ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.

Xatırladaq ki, "Krılya Sovetov"  Rusiya Premyer Liqasında 4 xalla 9-cu pillədə qərarlaşıb.