Ramos finalın Kiyevdə keçirilməsindən narazıdır

Madrid "Real"ının kapitanı Serxio Ramos Çempionlar Liqasının final matçının Kiyevə həvalə olunmasından narazılığını bildirib.

Sportline.az xəbər verir ki, o, daha çox azarkeşlərin uzaq yol qət etməsindən narahatlığını vurğulayıb: "Bəzi ölkələrə gəlib-çıxmaq bəzən çox çətin olur. Əminəm ki, əksər azarkeşlər finalın evə daha yaxın şəhərdə keçirilməsinin tərəfdarıdır. Bu cür oyunların təşkilində, belə məsələlərə diqqət yetirmək lazımdır".

Qeyd edək ki, Kiyevin "Olimpiyskiy" stadionunda keçiriləcək ÇL-in final matçı, bu gün saat 22-45-də başlanacaq.