"Real" 17 yaşlı futbolçu transfer edir

Madrid "Real"ı "Gremio Novorizontino" klubunun şərəfini qoruyan 17 yaşlı Rodriqo Rodrigesi heyətinə qatmağa hazırlaşır. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, gənc braziliyalı ilə 6 illik müqavilə imzalanacaq. 

Futbolçu 18 yaşı tamam olduqdan sonra "Kral klubu"nun heyətinə cəlb olunacaq.

Hazırda tibbi müayinədən keçən futbolçunun transferinin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, bunadək "Real" daha bir gənc futbolçunu transfer etmişdi. 17 yaşlı Vinisius Junior üçün "Flamenqo"ya 45 milyon avro ödənilmişdi.