"Real" Marselonu itirdi

İspaniya La Liqasında keçirilən "Sevilya" - "Real" görüşündə Madrid təmsilçisinin müdafiəçisi Marselo zədələnib. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, "sambaçı"nın zədəsi ciddidir. İlkin müayinədən sonra onun 10 gün yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. 

Beləliklə, Marselo "Atletiko"ya və Moskva MOİK-inə qarşı keçiriləcək görüşlərdə komandasına kömək edə bilməyəcək.